AFFA tanınmış məşqçini 2 illik futboldan uzaqlaşdırdı - RƏSMİ

8.04.2022 16:15 1 165
Ölkə futbolu / Manşet
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qurum toplantıda "Səbail"in U-19 komandasının məşqçisi Ramal Hüseynovu sərt cəzalandırılması ilə bağlı qərar qəbul edib:

"Gənclər Liqasının “Səbail” – “Qarabağ” oyununda meydan sahiblərinin məşqçi heyətində yer alan, stadiona giriş qadağası davam edən Ramal Hüseynov hakimləri təhqir etməsinə və meydana daxil olmasına görə 2 il müddətinə futbol ilə əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edilsin. Kluba xəbərdarlıq edilsin".