• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yığmalarımızın Avropa Liqasından imtinasının səbəbi bəlli oldu - AÇIQLAMA

İdman

1-04-2022, 16:0

Voleybol üzrə Azərbaycan yığmalarının Avropa Liqasında iştirak etməməsinin səbəbi bəlli olub.

Buna Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov aydınlıq gətirib:

“Bildiyiniz kimi bu ilin may-iyun aylarında qadın voleybolçulardan ibarət millimizin Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamızın isə Gümüş Avropa Liqasında iştirakı nəzərdə tutulmuşdu. Artıq komandalarımızın rəqibləri və oyunların təqvimi də müəyyən edilmişdi.

Azərbaycan Voleybol Federasiyası tərəfindən bir neçə gün əvvəl Avropa Voleybol Konfederasiyasına (CEV) rəsmi formada milli komandalarımızın Avropa Liqasında iştirak etməyəcəkləri ilə bağlı müraciət edildi. Bundan sonra komandalarımız CEV tərəfindən iştirakçı siyahısından çıxarıldı. Açığı yarışdan imtina etməzdən əvvəl müraciət zamanı təklif etdik ki, yarışı turnir formasında təşkil etsinlər (bilirsiniz ki, bir neçə ildi ki, Avropa Liqası ev-səfər sistemi ilə keçirilir, əvvəl oyunlar turnir formasında təşkil olunurdu). Amma bu təklifimizə rəd cavabı gəldi və bildirildi ki, reqlamentdə dəyişiklik edə bilməzlər".


Fərid Xəlilov imtina səbəblərinə aydınlıq gətirib:

“Hazırda avropa ölkələrinə səfər edərkən hava yollarında bəzi çətinliklər yaranır, uçuşlar Türkiyə üzrərindən həyata keçirilir. Bu isə bəzən biletlərin alınmasında problemlər yaradır. Həmçinin oyunlar arasında da çox az vaxt var. Düşünürəm ki, Avropa Liqası turnir şəklində təşkil olunsaydı bu iştirakçı komandalar üçün daha əlverişli olardı.

CEV-in rəsmi saytında qadınlardan ibarət milli komandamız iştirakçı siyahısından çıxarıldıqdan sonra mətbuatda qeyd edildi ki, biz maliyyə problemlərinə görə yarışdan imtina etmişik. Halhazırda federasiyada maliyyə ilə bağlı bir problemimiz yoxdur. Yəni iştirak etməmək üçün digər səbəblərimiz var. Bunlardan biri haqqında bir az əvvəl danışdım. Digər səbəblərdən biri də, bu yarışın kommersiya xarakterli olmasıdı.

Ən vacib səbəbimiz isə oyunçularımızla bağlıdı. Hər zaman çalışmışıq ki, oyunçularımız klub mövsümündən sonra zədələrini müalicə etsinlər və daha yaxşı formada milli komandanın məşqlərinə qatılsınlar. Ona görə də belə qərara gəldik ki, aprel və may aylarında klub mövsümü başa çatır. Millimizin əksər oyunçuları hazırda xarici klublarda çıxış edirlər. Xarici ölkə çempionatları bitdikdən az müddət sonra başlayacaq bu yarışa komandamız tam hazırlıqlı yollana bilməyəcək. Voleybolçularımızın mövsüm boyu aldıqları zədələr səbəbindən bərpaya ehtiyacları olacaq. Qarşıda bizi daha güclü yarışlar gözləyir və oyunçlarımız ağır mövsümdən sonra bir qədər istirahət etməli, bərpa prosesi keçməlidirlər”.


Qeyd edək ki, avqust və sentyabr aylarında milli komandalarımız Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirak edəcəklər.

Xəlilov Azərbaycan Voleybol Federasiyasının qarşıda duran planlarından danışıb:

“Bu gün Azərbaycan Voleybol Federasiyasının əsas məqsədi gənc oyunçuların yetişdirilməsi, onların sağlamlığı və qarşıdakı yarışlarda yüksək nəticələr əldə etməsidir. Bu ayın sonunda ölkə çempionatının Yüksək və Super Liqa yarışları başa çatır. Ardınca milli komandaların təlim-məşq toplantılarına start veriləcək. Həm qadın, həm də kişilərdən ibarət milli komandalarımızın təlim-məşq toplantıları və iştirak edəcəkləri turnirlərlə bağlı bir neçə federasiya ilə danışıqlar aparılır və bu istiqamətdə lazımı işlər görülür".


Qeyd edək ki, Federasiya prezidenti Cavid Qurbanov iclaslarda milli komandalarımızın qarşıdakı Avropa çempionatının təsnifat mərhələsində və İslam Həmrəyliyi Oyunlarında iştirakının vacibliyini deyib. Bu yarışlara hazırlıq prosesi üçün lazımı şəraitin yaradılmasına tapşırıq verib:

"Bir məsələni də qeyd edim ki, Avropa Liqasından biz imtina etmişik məhz bundan sonra CEV komandalarımızı iştirakçıların siyahısından çıxarıb. Nəzərinizə çatdırım ki, Azərbaycan Voleybol Federasiyasının hər zaman Avropa Voleybol Konfederasiyası ilə çox yaxşı münasibət olub.

Bu ilin may ayında Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandr Boriçiç və CEV rəsmilərinin ölkəmizə səfəri gözlənilir. Bu səfər zamanı bir neçə vacib görüşlərin keçirilməsi də nəzərdə tutulub".

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

25-03-2022, 21:0

Voleybol Federasiyasında hökm sürən qeyri-müəyyənliklər

Aktual
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Hansı klub yerli futbolçulara daha çox şans verdi?
"Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Son xəbərlər
  • Bu gün, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Bu gün, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • Dünən, 23:58
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 23:26
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • Dünən, 22:53
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • Dünən, 22:22
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 21:48
    Millimiz çempion oldu
  • Dünən, 21:05
    "Qəbələ" "Sumqayıt"la heç-heçə etdi
  • Dünən, 20:56
    Yenidən Fransada işləyəcək
  • Dünən, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Dünən, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Dünən, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Dünən, 16:45
    Klubuna sadiq qaldı
  • Dünən, 16:02
    Asiyadan Avropaya yollandı
  • Dünən, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Dünən, 14:45
    “Barselona”nı tərk edəcək
  • Dünən, 14:16
    FİFA-dan daha bir yenilik
  • Dünən, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Dünən, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Dünən, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Dünən, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Dünən, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Dünən, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Dünən, 10:20
    Premyer-liqada istefa
  • Dünən, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • 18-07-2026, 23:0
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • 18-07-2026, 23:0
    “Şamaxı”dan yeni transfer
  • 18-07-2026, 23:0
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • 18-07-2026, 22:0
    Roderik Miller hardadı?
  • 18-07-2026, 22:0
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • 18-07-2026, 22:0
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • 18-07-2026, 21:0
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • 18-07-2026, 21:0
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • 18-07-2026, 20:0
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 180
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 138
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 124
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə