Kənan Kərimov ümidini itirməyib - AÇIQLAMA

26.03.2022 20:30 764
Aktual / Ölkə futbolu
Region Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

"Ağsu Siti" doğma meydanda "Karvan"ı 2:0 hesabı ilə yenib. Qonaqların baş məşqçisi Kənan Kərimov məğlubiyyətlə bağlı "Football-plus.az" saytına bunları söylədi:

"Oyun gərgin mübarizə şəraitində keçdi. Çox istərdik ki, ilk görüşdən heç-heçə ilə ayrılaq. Düzdü, ümidverici nəticə deyil. Amma ümidimizi itirmirik. Mərhələni keçə bilərik. Növbəti matç öz evimizdə olacaq. Qalib gəlib mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".


GÜNAY VƏLİYEVA