İdmançımız Polşada bürünc medal qazandı

26.01.2026 14:40 16
İdman
Azərbaycanın yeniyetmə qılıncoynadanı Abbas Hüseynov Polşanın Konin şəhərində keçirilən “Cadet Circuit” beynəlxalq turnirində bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə başa vuran Abbas yeniyetmə oğlan sablyaçıların şəxsi mübarizəsində pley-offda Böyük Britaniya, Fransa, Almaniya və Rumıniya təmsilçilərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Abbas Hüseynov finalın bir addımlığında turnirin qalibi fransalı Qael Boujrad-Benauda 14:15 hesabı ilə uduzub.