Dünya çempionu “Çelsi”yə gəldi

3.09.2026 21:18 23
Dünya futbolu
Emiliano Martines İngitərədə komandasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının qapıçısı “Aston Villa”dan “Çelsi”yə transfer olunub.

33 yaşlı futbolçu London klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə bağlayıb. 2020-ci ildən “Aston Villa”da çıxış edən Martines bu komandada 256 matçda meydana çıxıb, 305 qol buraxıb və 80 oyunda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, Emiliano milli komanda ilə dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olub.