“Atletiko”nun yarımmüdafiəçisi Culiano Simeone premyer-liqanın bir neçə klubunun diqqətini cəlb edib.
"Football-plus.az" xəbər verir ki, argentinalı futbolçunun transferində “Mançester Yunayted”, “Mançester Siti” və “Tottenhem” maraqlıdı. Lakin Simeone İngiltərə komandalarının marağına baxmayaraq, Madrid klubundan ayrılmağı planlaşdırmır.
Onun “Atletiko” ilə müqaviləsi 2030-cu ilin yayınadək qüvvədədi. Müqavilədə 500 milyon avro məbləğində sərbəstqalma bəndi nəzərdə tutulub, futbolçunun bazar dəyəri isə təxminən 40 milyon avrodu.
Simeone İspaniya çempionatının cari mövsümündə 8 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bu arada “Liverpul” “Portu”nun cinah hücumçusu Vilyam Qomesi transfer etmək imkanını nəzərdən keçirir. Mersisayd təmsilçisi bu yaxınlarda Bredli Barkolyanı heyətinə qatmasına baxmayaraq, 20 yaşlı braziliyalını Məhəmməd Salahın potensial varisi kimi görür.
Qomesin müqaviləsi 2031-ci ilin yayına qədər uzadılandan sonra onun sərbəstqalma məbləği 80 milyon avrodan 100 milyon avroya yüksəlib. Lakin yüksək qiymət “Liverpul”u gənc hücumçuya marağından daşındırmayıb. Braziliyalı cari mövsümdə bütün turnirlərdə 10 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Simeoneyə üç klub maraq göstərir
Dünya futbolu






