“Real” hakimlərdən yenə şikayətçidi

21.08.2024 17:52 294
Dünya futbolu
“Real” rəhbərliyi hakimlərdən yenə şikayətçidi.

Klubun televiziyası İspaniya çempionatının 1-ci turunun “Malyorka” ilə oyununu idarə edən hakimlər briqadasının işinə həsr olunmuş film hazırlayıb. 3 dəqiqəlik filmdə madridliləriin verilməmiş üç penalti epizodu və Vinisius Juniora qarşı qaydanı pozan rəqib futbolçunun qırmızı vərəqə ilə cəzalandırılmaması da təsvir olunub. “Real” ümumilikdə bu oyunda 8 hakim səhvinin olduğunu iddia edib.

Qeyd edək ki, La Liqa matçı 1:1 hesabı ilə nəticələnib.