“Football-plus.az” bu suallara cavab tapmaq üçün klub prezidenti Elgün Hüseynovla əlaqə saxlayıb:
“Klubun adını dəyişməyə bir il əvvəl qərar vermişdik. Sadəcə, biz qərar verən anda kluba sponsor gəlmişdi. Ötən il istədik ki, onlar adı dəyişsinlər. Onlar isə dəyişmədilər. Sonra sponsorla bağlı problemlərlə məşğul olurduq. İndi isə vaxtı idi və dəyişə bildik. Xeyr, bu ad heç bir sponsorla bağlı deyildi. Şəxsi ad idi. Sadəcə, bir ad qoymuşduq. Düşünürəm ki, adın heç bir əhəmiyyəti yoxdu. Əsas futboldu ki, o da var. Yəni adın bir önəmi, əhəmiyyəti yoxdu – belə düşünürəm”.
İSRAYIL XEYRULLAYEV






