Erlinq Holann İngiltərə çempionatında növbəti rekordun müəllifi olub.
“Mançester Siti”nin hücumçusu premyer-liqada oyundan vurulan 100 qola ən tez çatan futbolçu olub. “Opta Sport”un məlumatına görə, norveçli forvard çempionatın 7-ci turunun “İpsviç” ilə matçında (3:2) dubl edərək bu göstəriciyə nail olub. Erlinq penalti nəzərə alınmadan 100 qola 139 oyunda çatııb. Bu, turnirin tarixində ən yaxşı göstəricidi.
Qeyd edək ki, Holann cari mövsümdə keçirdiyi 6 çempionat matçında 8 qol vurub. O, bombardirlərin siyahısına başçılıq edir.
Superbombardirdən daha bir rekord
Dünya futbolu





