14 milyon dollara mayka olar?! - Cordan daha bir rekord müəyyənləşdirdi

20.10.2026 17:37 18
İdman
MBA-nın altıqat çempionu Maykl Cordanın oyun forması hərracda rekord məbləğ sayılan 14 milyon dollara satılıb.

Əfsanəvi basketbolçu 1997/98 mövsümünün finalında “Çikaqo”nun heyətində məhz həmin formada çıxış edib. Konkret “Yuta” ilə final seriyasının ikinci oyununda (93:98) parket üzərinə çıxıb və 37 xal toplayıb. “Çikaqo” final seriyasında 4:2 hesabıyla qələbə qazanıb. Maykanın üzərində basketbolçunun avtoqrafı da var.

14 milyon dollar basketbolla bağlı əşyalar üçün yeni rekorddu. Forma həmçinin tarixdə öz növündə ikinci ən bahalı idman xatirə əşyası oldu. Mütləq rekord amerikalı beysbolçu Beyb Ruta məxsusdu. Onun maykası 2024-cü ildə 24,12 milyon dollara satılıb.

63 yaşlı Cordan karyerasının böyük hissəsini 1984-93 və 1995-98 aralığında formasını geydiyi “Çikaqo”da keçirib. Amerikalı ulduzun sonuncu klubu “Vaşinqton” (2001-03) olub.

Cordan 6 dəfə MBA çempionu olub, 6 dəfə final seriyasının ən dəyərli oyunçusu sayılıb, 5 dəfə müntəzəm çempionatın MVP-si olub. O, ABŞ yığmasının heyətində iki dəfə (1984, 1992) olimpiya çempionluğunu da qazanıb.