Altıqat MBA çempionu Maykl Cordanın forması “Joopiter” hərrac evinin hərracında 12,26 milyon dollara satılıb.
"Football-plus.az" xəbər verir ki, Cordan “Çikaqo”nun ağ rəngli formasını 1998-ci ilin MBA finalında “Yuta” ilə oyunda geyib. O, həmin oyunda 24 xal toplayıb. “Çikaqo” isə seriyanın sonunda tarixindəki 6-cı çempionluğu qazanıb. Bununla da Cordanın geyimi basketbol tarixinə ən yüksək qiymətə satılan forma kimi düşüb.
Əvvəlki rekord da Cordana məxsus idi. Əfsanəvi basketbolçunun həmin final seriyasının ilk oyununda geydiyi forma 2022-ci ildə “Sotheby’s” hərracında 10,09 milyon dollara satılmışdı.
Hərracda həmçinin Cordana məxsus olmuş “Ferrari 550 Maranello” 2,7 milyon dollara satılıb. Bu məbləğ bu modeldən olan əvvəlki avtomobilin rekordundan 4 dəfə artıqdı.
63 yaşlı Cordan “Çikaqo”nun heyətində 6 dəfə MBA çempionu olub, 6 dəfə final seriyasının ən dəyərli oyunçusu sayılıb. 5 dəfə isə müntəzəm çempionatın ən dəyərli oyunçusu üçün nəzərdə tutulan mükafatı alıb.
Cordanın forması 12 milyona satıldı
İdman






