Vaşinqtondakı “9:30” gecə klubu və konsert salonu “Kepitalz”ın kapitanı Aleksandr Oveçkinə burda keçirilən istənilən tədbirə daxil olmaq üçün ömürlük havayı bilet bağışlayıb.
41 yaşlı rusiyalı hokkeyçiyə hədiyyə “Sietl”lə oyundan sonra paltardəyişmə otağında verilib. Oveçkin məhz həmin oyunda müntəzəm çempionatdakı 930-cu qolunu vurub. Klubun sahibləri – Set və Sem Qurvitslər rusiyalı ulduza limitsiz bileti şəxsən təqdim ediblər.
Adı çəkilən konsert salonu 1980-ci ildə açılıb. 2018-ci ildə “Rolling Stone” jurnalı onu ABŞ-nin ən yaxşı 10 konsert meydançasının siyahısına salıb.
Xatırladaq ki, Oveçkin müntəzəm çempionatda qol sayına görə MHL rekordçusudu. Onun Ueyn Qretskinin pley-off da nəzərə alınmaqla qol rekordunu qırması üçün cəmi 10 dəfə fərqlənməsi lazımdı.
Gecə klubu Oveçkinə ömürlük bilet bağışladı!
İdman





