Rusiya – Ukrayna müharibəsi daha bir idman adamının həyatına son qoyub.
Ukraynalı futbol hakimi Andrey Şepotyev 30 yaşında həyatını itirib. O, uşaq və yeniyetmələrin futbol matçlarında və həvəskar liqaların oyunlarında hakimlik edib. Şepotyev Ukrayna Milli Hakimlər Məktəbinin tələbəsi olub və yerli “Arsenal”ın məşqçisi kimi çalışıb. Rusiyanın ölkə ərazisinə hərbi hücumu başlandıqdan sonra orduya qoşulub.
Hakim Xarkov vilayətində döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişib.