Mahirin komandası darmadağın oldu

10.10.2026 10:20 45
Dünya futbolu
Polşa çempionatında 10-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Rakuv” öz “GKS Katovitse”ni qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:4.

Mahir qarşılaşmaya start heyətində başlayıb və 61-ci dəqiqədə, hesab 1:3 olarkən əvəzlənib.

10 oyunda 3 xal toplayan “Rakuv” 18 komanda arasında sonuncudu.