Yığmamız finala yüksələ biləcəkmi? - Rumıniya sınağı

16.10.2026 11:54 90
Ölkə futbolu
23 yaşadək minifutbolçulardan ibarət yığmamızın Xorvatiyada keçirilən dünya çempionatının yarımfinal mərhələsindəki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komanda Rumıniya millisi ilə qarşılaşacaq. Bu görüş bu gün, Bakı vaxtı ilə saat 14.45-də start götürəcək.

Xatırladaq ki, U-23 daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Rumıniya ilə heç-heçə (3:3) edib.