Futbolçu kimi həm vətənində ''Sportinq'' və ''Portu'' ilə, həm İtaliyada ''İnter''lə, həm də Türkiyədə ''Beşiktaş''la çempionluqlar yaşamış Kuareşma futbola əvvəlki marağının qalmadığını etiraf edib:
''Futbol artıq çox dəyişib. Oyunları izləmək üçün əvvəlki qədər səbrim qalmayıb. Futbol sanki əvvəlki marağını, parlaqlığını itirib. Çünki bu gün futbol daha çox söz-söhbətlərə və mübahisələrə səhnə olur. Ona görə də marağım bir qədər azalıb. Açığı, yığma komandada yaşananlar haqda danışmaq istəmirəm. Çünki həm Kriştiano ilə, həm yığmanın baş məşqçisi ilə, həm də federasiya prezidenti ilə münasibətlərim çox yaxşıdı. İndi danışmalı olanlar biz yox onlardı. Çünki nələr baş verdiyini, öz aralarında nə danışdıqlarını gözəl bilirlər. Hamımız ağlı başında və yetişkin insanlarıq. Məncə, bu məsələ yığma komandanın hüdudlarını aşmamalı idi. İçəridə, öz aralarında hər şeyi yoluna qoymalı idilər''.





