“Slaviya”nın futbolçusu Mixal Sadilek klubun mətbuat xidmətinə müsahibə verib.
“Football-plus.az”ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi ÇL-nin liqa mərhələsinin 2-ci turunda “Sabah”a uduzduqları oyun haqda sualları cavablayıb.
- Bakıdan xalsız ayrılırıq. Səncə, niyə uduzduq?
- Əsas problem keyfiyyətdə idi. Belə matçda daha keyfiyyətli oyun göstərməliydik.
– Baş məşqçi ilk hissədən sonra nəyi dəyişdirmək istədi?
– Hər şey ilk qoldan sonra dəyişdi. Ardından matç bizim üçün sabit keçmədi. İlk hissədə rəqibin cərimə meydançasına çox top göndərə bilmədik. İkinci yarıda daha yaxşı oynadıq. Amma çox heyif...
– Sanki ikinci qol oyunun “Slaviya” üçün necə çətin keçdiyini göstərir.
– Bir az şanssızlıq oldu. Amma şansı günahlandırmaq lazım deyil. Rəqib iki dəfə topu qapı xəttinin üzərindən uzaqlaşdırdı. Məğlubiyyətə görə məsuliyyət komandanın üzərindədi. Növbəti oyunda bunu kompensasiya etməliyik.
KƏNAN BAHADIR
“Belə matçda daha keyfiyyətli oyun göstərməliydik” – “Slaviya” “Sabah”a niyə uduzdu?
Avrokuboklar





