“Qarabağ” da adlı-sanlı rəqiblərlə qarşılaşanda favorit deyildi” - Erkin İbrahimov

13.10.2026 17:09 162
Avrokuboklar
Azərbaycanın futbol ictimaiyyəti həyəcanla “Sabah” – “Slaviya” oyununu gözləyir. Çempionun turnirdə ilk qələbəsini qazanması tam realdı. Baxmayaraq ki, dünən keçirilən oyunöncəsi mətbuat konfranslarında əcnəbi jurnalistlər “Slaviya”nı favorit kimi qələmə verirdi.

Doğrudanmı belədi? “Qırmızı-ağlar”ı favorit göstərənlərin dəlili nədi?

“Football-plus.az” bu sualları Erkin İbrahimova ünvanlayıb:

“Slaviya”nı bu mövsüm heç izləmədim. Proqnoz verənlər daha çox klubun adını, imicini önə çəkir. Son 10 ildə “Qarabağ” da dəfələrlə daha adlı-sanlı rəqiblərlə qarşılaşanda favorit qismində deyildi. Di gəl ki nəticə qazanırdı. Ümid edək ki, “Sabah” da proqnozları alt-üst edər”.

İSRAYIL XEYRULLAYEV