Basketbol üzrə Avroliqanın Baş Assamleyasının üzvləri Rusiya basketbol kıublarının 2023/24 mövsümündə yarışlardan uzaqlaşdırılmasıyla bağlı qərarı bir daha təsdiqləyib. Avroliqa növbəti mövsüm üçün iştirakçı siyahısını təsdiqləyib ki, burda da Rusiya təmsilçilərinin adı yoxdu. Xatırladaq ki, turnirin son qalibi finalda “Olimpiakos”u məğlub edən (79:78) “Real”dı. 3-cü yer uğrunda oyunda isə “Monako” “Barselona”ya qalib gəlmişdi (78:66).
"Football-plus.az" xəbər verir ki, 2022-ci ilin martında Avroliqanın səhmdarlarının icra şurası Rusiya klublarının turnirdən uzaqlaşdırılmasına və 2021/22 mövsümündəki nəticələrinin ləğvinə qərar vermişdi. Onda ÇSKA, UNİKS və “Zenit” Avroliqadan, “Lokomotiv-Kuban” isə Avrokubokdan uzaqlaşdırılmışdı. Həmin il iyunun 16-da Rusiya klubları ilə bağlı cəzanın müddəti 2022/23 mövsümünün sonuna qədər uzadıldı. İndi də 2023/24 mövsümü ilə bağlı eyni qərar verilib.