"Neftçi" "Qarabağ"la oyunun hazırlığına başladı

13.10.2026 10:00 45
Ölkə futbolu
“Neftçi” Misli premyer-liqasının 8-ci turunda qarşılaşacağı “Qarabağ” ilə matçın hazırlığına start verib.

"Footbll-plus.az" xəbər verir ki, “Sabah” ilə oyundan sonra bərpa məşqi edib birgünlük istirahətə buraxılan “ağ-qaralar” dünən “Palms Sports” Futbol Mərkəzində hazırlaşıblar. Komandanın üzvləri əvvəlcə trenajor zalında, sonra isə meydançada məşq ediblər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü oktyabrın 17-si saat 19.00-da başlanacaq.