Türkiyə çempionatında çıxış edən ''Gənclərbirliyi''nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Son 4 turda qələbə qazana bilməyən və bir neçə gün öncə Mətin Diyadinlə yollarını ayıran paytaxt təmsilçisi Bernd Ştorkla anlaşıb. 63 yaşlı almaniyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. 1994-cü ildən məşqçilik sahəsində olan Ştork indiyə qədər Qazaxıstan və Macarıstan yığmalarını, eləcə də ''Muskron'', ''Serkl Brügge'', ''Dunayska Streda'', ''Genk'', ''Eupen'', ''Kortreyk'', ''Şepşi'' kimi klubları çalışdırıb.
Maraqlıdı ki, böyük təcrübəyə baxmayaraq Ştorkun məşqçilik karyerasında heç bir titul yoxdu. O yalnız 2008-ci ildə ''Almatı'' ilə Qazaxıstan kubokunun finalına yüksəlib.
Onu da bildirək ki, ''Gənclərbirliyi'' 11 illik fasilədən sonra ilk dəfə əcnəbi bir məşqçi ilə anlaşıb. Ankaralılarda sonuncu dəfə əcnəbi məşqçilərdən 2015-ci ildə şotlandiyalı Stüart Bakster çalışıb.
Paytaxt təmsilçisində 11 ildən sonra ilk yaşandı
Dünya futbolu






