Xatırladaq ki, “qırmızı-ağlar” premyer-liqaya yüksələndən sonra “Dalğa Arena”da məskunlaşmışdı. Ancaq “Sabah”ın bu stadionu satın alması klubu başqa idman qurğusu tapmağa məcbur etdi. Belədə mövsümün ilk ev oyunlarını Qəbələdə keçirən Muxtar Respublika təmsilçisi ardından Şamaxıya üz tutdu. İndi isə növbəti dəyişiklik gündəmdədi.
Yayılan xəbərlə bağlı naxçıvanlıların mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Biz ev oyunlarını yaydan bəri Bakıda keçirmək istəyirdik. Paytaxtda stadion tapa bilmədiyimiz üçün Qəbələdə oynamalı olduq. Ardından Şamaxıya üz tutduq. İddialar əsasən “ASK Arena” ilə bağlıdı. Sadəcə, bu idman qurğusu təmirdədi. İşlərin nə vaxt başa çatacağı bilinmir. Hazırda Bakıda danışıq apardığımız stadion yoxdu. “ASK Arena” hazır olandan sonra imkan yaransa, ev oyunlarımızı orda keçirmək üçün müraciət edə bilərik. Bu gün yalnız komandanın 9-cu turda “Qəbələ”ni Şamaxı şəhər stadionunda qəbul edəcəyi dəqiqdi”.
KƏNAN BAHADIR






