Argentinanın xarici işlər naziri Pablo Kirno “Maklaren”in pilotu Lando Norrisin “Formula-1” üzrə dünya çempionatının Azərbaycan mərhələsindəki qəzadan sonra “Alpin”in argentinalı pilotu ən azı bir yarışdan kənarda qoymaqla bağlı çağırışını şərh edib.
"Football-plus.az" xatırladır ki, 35-ci dövrədə ilk döngədən əvvəl təkəri bloklayan Kolapinto komanda yoldaşı Pyer Qasli ilə toqquşdu, nəticədə Norris də qəzaya düşdü. Nəticədə üçü də mübarizəni dayandırmalı oldu. Kolapintonu günahkar sayan stüardlar növbəti mərhələnin startında onun 5 mövqe itirməsinə qərar verdi. Norris isə yarışdan sonra bildirdi ki, argentinalı ən azı bir mərhələ diskvalifikasiya olunmağı haqq edir.
Kirno cavabında Norrisin komanda yoldaşı Oskar Piastri ilə ötən il Kanada mərhələsində toqquşduğunu xatırladıb və həmin epizodun skrinşotunu dərc edib: “Əminəm ki, Lando Norris təqin 2025-ci ildə Monrealda Oskar Piastriyə çırpılan pilotun cəzalanmasını da tələb edərdi. Dəqiq edərdi”.
Norrisin Bakıda dediyi sözlər xarici işlər nazirini qəzəbləndirdi
İdman






