Düplantisdən yeni rekord

20.09.2023 15:36 200
İdman
İsveçli yüngül atlet Brilyant liqanın finalında şüvüllə tullanma üzrə yeni dünya rekordu müəyyənləşdirib.

"Football-plus.az" xəbər verir ki, 23 yaşlı isveçli 6,23 metrə qədər qalxa bilib. Bununla da 2022-ci ildə keçirilən dünya çempionatında özünün özünün müəyyənləşdirdiyi rekordu (6,21 metr) bir qədər də yaxşılaşdırıb.

Bu, Düplantisin karyerasındakı 7-ci dünya rekordudu. Onun olimpiya çempionu, həmçinin ikiqat dünya və Avropa çempionu olduğunu da xatırladaq.