“Neftçi SOCAR" 1/4 finala yüksəldi

29.08.2026 23:02 5
İdman
3x3 basketbol üzrə “Neftçi SOCAR” Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsində 1/4 finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupunun ikinci oyununda yerli “Takasaki” klubuna uduzsa da (13:14) növbəti raunda vəsiqə qazanıb.

“Ağ-qaralar” birinci qarşılaşmada Yaponiya millisini məğlub edib - 15:14.

“Neftçi” 1/4 finalda Tayland yığması ilə üz-üzə gələcək.