“Neftçi” finala yüksəldi

3.07.2023 23:49 195
İdman
“Neftçi"nin 3x3 basketbol komandası uğura imza atıb.

“Football-plus.az” xəbər verir ki, təmsilçimiz Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsində finala yüksəlib. Komandamız yarımfinalda İsrail millisi ilə üz-üzə gəlib - 19:15. Bununla da, həlledici görüşə vəsiqə qazanan “ağ-qaralar” Çin millisi ilə qarşılaşacaq.