Bir nokautla 5-ci pilləyə düşdü

4.09.2026 18:31 26
İdman
UFC yenilənmiş reytinqi açıqlayıb. Dağıstanlı döyüşçü Umar Nurməhəmmədov çinli Sonq Yadonqa məğlubiyyətdən sonra ən yüngül çəkidə 2-ci pillədən 5-ci pilləyə düşüb.

Xatırladaq ki, Umar avqustun 29-da Çinin Şanxay şəhərində keçirilən “UFC Fight Night 286” turnirinin əsas döyüşündə bu ölkədən olan Yadonqa uduzub. Artıq 2-ci raundda çinli idmançı dağıstanlını nokauta salıb.

Ən yüngül çəkidə UFC çempionu rusiyalı Petr Yandı. Amma reytiqin 1-ci pilləsində gürcü Merab Dvailişvili qərarlaşıb. 2-ci pilləyə amerikalı Şon O’Melli yüksəlib, Yadonq isə 6-cı pillədən 3-cü pilləyə irəliləyib.

30 yaşlı Nurməhəmmədov peşəkar karyerasında 2-ci dəfə məğlub olub (20 qələbəsi var). 28 yaşlı Yadonq isə 24 döyüşdə qələbə qazanıb, 9-da uduzub, 1-də heç-heçə edib.