Onsuz da azarkeş sarıdan korluq çəkən naxçıvanlıların bu yöndə problemi daha da ciddi xarakter alıb. Klub rəhbərliyi bir müddət əvvəl bu məsələni nəzərdən keçirdiyini, ev oyunlarına azarkeşlərin cəlb olunması yönündə müəyyən addımların atılacağını bildirmişdi. Artıq iki ev oyunu arxada qalıb. “Araz-Naxçıvan”ın “İmişli” ilə oyununun 300, “Sabah”la oyununu isə bundan iki dəfə az – 150 tamaşaçı izləyib. Görəsən, klub rəhbərliyi bu acınacaqlı statistika ilə bağlı nə düşünür?
“Football-plus.az” yenidən “Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədovla əlaqə saxlayıb:
“Fanklubumuz “Sector 85” ilə birgə bu barədə müəyyən layihələr həyata keçiriləcək. Bu istiqamətdə müəyyən işlər görülür”.
İSRAYIL XEYRULLAYEV






