Faiq Qarayev Avropa çempionatı üçün heyəti açıqladı

20.08.2026 20:15 6
İdman
Sabah Bakıda voleybol bayramı başlayır. Xəbər verdiyimiz kimi, qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları Milli Gimnastika Arenasında keçiriləcək.

Bu qrupda yığmamızla yanaşı, Portuqaliya, Belçika, İspaniya, Rumıniya və Niderland da yer alıb.

Yığmanın baş məşqçisi Faiq Qarayev bu gün AÇ üçün heyəti açıqlayıb:

hücumçular - Polina Rəhimova, Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova; blokçular - Ayşən Abduləzimova (kapitan), Mariya Kirilyuk, Aynur İmanova; toppaylayıcılar - Kristina Besman, Raziyə Əliyeva; liberolar - Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul