CEV rəsmiləri Fəxri Xiyabanı ziyarət ediblər

6.11.2023 19:30 351
İdman
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev Fəxri Xiyabanı ziyarət ediblər.

"Football-plus.az" xəbər verir ki, federasiya rəsmiləri və qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Onlar Şəhidlər Xiyabanını və “Türk Şəhidliyi” abidəsini də ziyarət ediblər.