İş ondadı ki, adı çəkilən idman qurğusu 9502 yerlikdi. Matçda tribunaların dolu olduğunu nəzərə alsaq, qalan yerlərin taleyi maraq doğurur. Axı rəqəmlər üst-üstə düşmür.
Bu məqama aydınlıq gətirmək üçün "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Bəli, rəsmi sənədlərə əsasən stadionun tamaşaçı tutumu 9502-di. Lakin reallıq başqadı. "Mehdi Hüseynzadə" 9100 yerlikdi. Çünki sonradan media sektoru və çəkiliş meydançası üçün yerlər tikildi. Həmçinin sektorların birinci sıraları üçün biletlər satılmır. Bu səbəbdən maksimum tamaşaçı sayı 9100 ola bilər".
KƏNAN BAHADIR





