Millimizin rəqibi Türkiyə oldu

29.08.2026 11:54 5
İdman
Qadınlardan ibarət millimizin voleybol üzrə Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Türkiyə yığması olacaq. Türkiyə A qrupunda Polşaya 2:3 hesabı ilə məğlub olaraq qrupda ikinci yeri tutub.

Türkiyə - Azərbaycan oyunu 31 avqustda İstanbul şəhərində keçiriləcək.

Xatırladaq ki, yığmamız C qrupunda 8 xalla 3-cü yeri tutaraq pley-offa yüksəlib.