“Sabah” – “Barselona” oyunu BOS-da keçirilməsin! – YAZI

28.08.2026 23:25 27
Manşet / Yazarlar
Dünən Çempionlar Liqasının liqa mərhələsinin püşkü atıldı. Məlum oldu ki, “Sabah” burda “Barselona”, “Arsenal”, “Napoli”, Dortmund “Borussiya”sı, “Mançester Yunayted”, “Vilyarreal” kimi “böyük beşlik” ölkələrinin nəhəngləri ilə, həmçinin “Vikinq” və “Slaviya” ilə qarşılaşacaq.

İndi hamı gözünü “Barselona” ilə ev oyununa dikib. Artıq “Sabah”a təzyiq edənlər var ki, bu matç Bakı Olimpiya Stadionunda keçirilsin. Təbii ki, onların seçimi sözügedən idman qurğusunun tamaşaçı tutumu ilə bağlıdı (69870 yer). Axı hər biri “Tofiq Bəhramov”da oynanılacaq oyun üçün biletlərin sürətlə tükənəcəyini düşünür və biletsiz qalmaqdan qorxur. Üstəlik əksəriyyətin məqsədi “Sabah”ı yox, məhz “Barselona”nı dəstəkləməkdi. Bəli, bu cür matçda Azərbaycan təmsilçisinə dəstək göstərmək ən düzgün seçimdi. O başqa məsələ ki, komanda seçiminə görə kimisə qınamaq səlahiyyətimiz yoxdu. Sadəcə, “Sabah” bu cür ciddi səhvə yol verməməlidi. Oyun mütləq “Tofiq Bəhramov”da keçirilməlidi. Çünki daha çox tamaşaçı məhz “Sabah”ın əleyhinə işləyəcək məqamdı. “Bayquşlar” burda yalnız bilet satışından gələcək gəlirlərdən təsəlli ala bilər ki, nəinki “Barselona”ya, “Hapoel”ə qarşı matçda da tribunaların dolduğunu gördük.

İndi “Barselona”ya 30 min tamaşaçı azarkeşlik edəcək, yoxsa 70 min? Buna “Sabah” qərar verəcək. Oyunun BOS-da keçirilməsini istəyənlər isə “Barselona”nı bu qədər çox sevirsə, “Tofiq Bəhramov”a yox, “Kamp Nou”ya üz tutsun!

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul