Yalnız Buendiadan geri qalır

13.07.2023 22:15 193
Dünya futbolu
“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu “Vilyarreal”dan Pau Torresi transfer edib. 26 yaşlı müdafiəçi birmingemilərə 33 milyon funt sterlinqə başa gəlib. Bu, “Aston Villa” tarixinin ikinci ən bahalı transferidi. Rekord isə 2021-ci ildə “Norviç”dən alınan Emiliano Buendiaya məxsusdu. Onda yarımmüdafiəçi üçün 38 milyon funt sterlinq ödənilmişdi.

Torres “Vilyarreal”ın yetirməsidi. O, bu komandada keçirdiyi 173 oyunda 12 qol vurub. Müdafiəçinin İspaniya yığmasında 23 oyun keçirdiyini də bildirək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul