“Avtoqol olmasaydı, mən də imkanlardan daha yaxşı istifadə edə bilsəydim...” – Edqar Adilxanov

18.08.2026 17:30 8
Aktual / Müsahibə
Premyer-liqanın 1-ci turunda “Şamaxı” səfərdə “Qarabağ”a məğlub oldu – 1:3.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra “şirlər”in futbolçusu Edqar Adilxanov jurnalistlərin suallarını cavablayıb.

- Əzmkar oyun göstərdik. Matç gərgin və mübarizəli keçdi. Əvvəldən sona qədər qələbə qazanmaq üçün mübarizə apardıq. Düşünürəm ki, komanda olaraq, maksimum gücümüzü ortaya qoyduq və meydanda əlimizdən gələni etdik. Təəssüf ki, sonda istəyimizə çata bilmədik. Avtoqol olmasaydı, mən də imkanlardan daha yaxşı istifadə edə bilsəydim, nəticə fərqli ola bilərdi. Amma futbolda belə hallar baş verir. Vacib olan bu məğlubiyyətdən düzgün nəticə çıxarmaq və qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaqdı. İnanıram ki, növbəti matçlarda oyunumuzu və nəticələrimizi yaxşılaşdıra biləcəyik.

- Bu məğlubiyyət növbəti matça hazırlığınıza necə təsir edəcək? “Turan Tovuz”un iddialı komanda olduğunu bilirsiz.
- Məğlubiyyət motivasiyamıza təsir etməyəcək. Qarşıda hələ çox oyun var, mövsümün əvvəlindəyik. Bir məğlubiyyətə görə ruhdan düşmək düzgün deyil. Əksinə, səhvlərimizi təhlil edib, onların üzərində işləməliyik. Çalışacağıq ki, növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirək, qələbələr qazanaq və bu məğlubiyyəti unutduraq. İnanıram ki, qarşıdakı görüşlərdə bunun üçün yaxşı imkanlarımız olacaq.

- Təlim-məşq toplanışı sənin üçün necə keçdi? Komandada fasilə zamanı xeyli ayrılıq yaşandı. Yeni futbolçularla artıq anlaşa bilmisən?
- Yay təlim-məşq toplanışımız çox yaxşı keçdi. Hazırlıq prosesində həm fiziki, həm də taktiki baxımdan üzərimizdə ciddi işlədik. Düşünürəm ki, komanda çox yaxşı qurulub. Taktiki planımız da yetərincə yaxşıdı. Meydana çıxanda nə etmək istədiyimizi və məşqçinin bizdən nə tələb etdiyini bilirik. Bu da oyun zamanı bizə kömək edir.

Heyətdə çox dəyişiklik olub. Yeni futbolçular komandaya qoşulub və onların kollektivə, oyun sistemimizə uyğunlaşması üçün müəyyən vaxt lazımdı. Bu, normal prosesdi. Bir-birimizi daha yaxşı tanıdıqca və birlikdə daha çox oyun keçirdikcə meydanda anlaşmamızın da daha yaxşı olacağına inanıram. Əsas odu ki, məşqlərdə üzərimizdə işləyirik və hər oyunda daha da inkişaf etməyə çalışırıq. İnanıram ki, qısa zamanda tam uyğunlaşa və istədiyimiz nəticələri əldə edə biləcəyik.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul