“Trabzonspor”: bir müdafiəçi gəldi, bir müdafiəçi ayrıldı

20.01.2026 23:59 11
Dünya futbolu
İlk dövrəni liderdən 7 xal geridə olmaqla 3-cü pillədə tamamlayan “Trabzonspor”da gözlər yeni transfrerlərə yönəlib.

"Football-plus.az" xəbər verir ki, son matçlarda heyətdə böyük sıxıntılar yaşayan Trabzon təmsilçisi superkubokun yarımfinalında “Qalatasaray”dan 4 top buraxmaqla ardıcıl 3-cü rəsmi oyunda məğlub oldu! Halbuki bu uğursuz seriyaya qədər komanda ardıcıl 12 rəsmi oyunda uduzmamışdı.

Qaradənizlilər hələlik yalnız Avstriya təmsilçisi “Volfsberq”dən Çibuike Nvaivunun transferi ilə kifayətlənib. Nigeriyalı mərkəz müdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb. O, kluba 5,5 milyon avroya başa gəlib. Bu məbləğ qarşı tərəfə 7 hissəyə bölünməklə ödəniləcək. “Trabzonspor”un 8-ci nigeriyalı və 201-ci əcnəbi futbolçusu olan Nvaivunun illik maaşı 700 min avroya bərabər olacaq. Trabzonlular “Alanyaspor”un iki üzvü – Ümit Akdağ və Maestro ilə də danışıqlar aparır.

Bu arada “Trabzonspor”da sürpriz ayrılıq reallaşıb. Belə ki, Sərdar Saatçı BƏƏ təmsilçisi “Əl-Nəssr”ə mövsümün sonuna qədər icarəyə verilib. Bu futbolçunun ikinci dövrə üçün maaşı yeni klubu tərəfindən ödəniləcək. “Əl-Nəssr” Sərdarı yayda daimi əsasda heyətinə qatmaq istəsə, 2,5 milyon avro ödəyəcək.

“Beşiktaş”ın yetirməsi olan 22 yaşlı Saatçı Trabzona 2024-cü ildə “Braqa”dan gəlmişdi. Bu müdafiəçi cari mövsümdə yalnız 6 oyunda forma geymək şansı qazanmışdı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul