• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo ilə Messi kimi karyera quracaq oyunçular görünmür - futbol son 20 ildə necə dəyişib?

Dünya futbolu

17-03-2026, 16:0

Çempionlar Liqasının (ÇL) 20 ildən bir qədər çox müddət əvvəl - 2005-ci il mayın 25-də keçirilən finalı turnirin həlledici oyunlarının tarixinə ən dramatik duellərdən biri kimi düşdü.

"Football-plus.az" xəbər verir ki, İstanbuldakı “Atatürk Olimpiya” stadionunda keçirilən matçın ilk yarısı başa çatanda “Liverpul”un əksər azarkeşləri “Milan”ın üç cavabsız qol vurmasına görə fasilədən sonra televizorun qarşısına keçmək istəmirdilər.

O vaxtlar hər telefonun internetə çıxışı yox idi. Bu səbəbdən fasilədə məyus halda yatmağa üstünlük verən britaniyalılar “Liverpul”un əzmkar qələbəsindən yalnız ertəsi gün səhər xəbər tutmuşdular. 20 ildən sonra belə bir süjet mümkün deyil, ona görə ki, futbol, belə desək, artıq hər kəsin əlindədi. Lakin bu oyun ötən müddətdə çox dəyişib.

Yeni “balinalar” ortaya çıxıb
Gəlin Avropa klublarının əmsallar cədvəlində cari mövsüm ərəfəsindəki vəziyyəti 20 il əvvəlki göstəricilərlə müqayisə edək. Bəzi klubların statusu əhəmiyyətli dərəcədə dəyişsə də, bir çox oxşarlıqlar var. 2005-ci ildə UEFA-nın reytinqində ilk 5 yeri tutan klublar “Real”, “Valensiya”, “Milan”, “Barselona” və “Liverpul” idi: liderlər qrupunda İspaniyanın üç təmsilçisi, İtaliya və İngiltərədən hərəyə bir komanda vardı. O dövrdə müntəzəm ÇL-də oynayan “Deportivo” ilk “10-luğ”a daxil idi. “Real” liderliyini cari mövsümün əvvəlində də qoruyub saxlamağı bacardı, ancaq siyahının növbəti 4 pilləsində “Mançester Siti”, “Bavariya”, “Liverpul” və PSJ peyda oldu. Ötən müddətdə ÇL-də hərəyə iki dəfə finalda oynayan “Çelsi” ilə “Borussiya” (Dortmund) reytinq cədvəlində əhəmiyyətli dərəcədə irəliləyişə nail olublar. “Barselona” mövsümə 10-cu, avrokuboklarda oynamayan “Mançester Yunayted” isə 11-ci yerdə başlayıb. Başqa sözlə, indi PSJ, “Çelsi” və MS qitə futbolunda yeni “balinalar” sayılırlar.

Analitiklər işini əla görürlər
Böyük klublarda gənclər və qadın futbolunda bir sirr aşkarlanıb: məşqçi heyətinin keyfiyyəti nəticələrə təsir edir. Kadr problemləri göz qabağında olsa belə, qələbə qazanmaq asanlaşıb. Müasir futbolda daha çox analitik var. Xosep Qvardiola və statistikanı diqqətlə öyrənən digər məşqçilər tez-tez qalib gəlirlər. “Liverpul”da heyətə ciddi sərmayə qoymadan Yürgen Kloppun qurduğu qalib komandanı ələ keçirməkdə Arne Slota kömək edən analitiklər qrupu fəaliyyətdədi. “Qırmızılar” inamlı çıxışı ilə 2024/25 mövsümünün qalibi oldular, Məhəmməd Salah isə karyerasında 3-cü dəfə “futbol ili”nin ən yaxşı oyunçusu seçildi. Bir sözlə, analitiklər meydandakı hər hərəkətin arxasındadılar. Məşqçilər hələ də danışmağa üstünlük verirlər, komandalar isə texnoloji cəhətdən çox inkişaf ediblər. Buna ən gözəl nümunə Luis Enrikenin çalışdırdığı PSJ-di. Onun komandası ÇL-in son qalibidi!

Hegemonlar devriliblər
Artıq “Yuventus” İtaliyada çempionluq uğrunda mübarizə apara bilmir. Turin klubu 2005-ci ildə ÇL-in finalına çıxa bilməsə də, A seriyasında qüdrətli “Milan”ı geridə qoymaqla skudettonu qazanmışdı. MY də artıq uzun müddətdi çempion titulunun həsrətini çəkir. Nəhəng klub idman göstəriciləri planında böhranı heç cür arxada qoya bilmir. Vəziyyət o qədər acınacaqlıdı ki, “qırmızı şeytanlar” indi autsayderlər üzərində qazanılan dramatik qələbələrə sevinirlər. “Milan”lılar da 20 il əvvəlki uğurlu nəticələri ilə öyünməklə təsəlli tapırlar. 2005-ci ildəkindən daha pis vəziyyətdə olanların sırasında “Spartak” da var. Necə deyərlər daimi hegemon krallar, həmçinin qitə arenasında arabir “Deportivo” və “Portu” kimi uğurlu çıxışla yadda qalan ortabablar da devriliblər.

Həyat həmişəki kimi davam edir, amma hətta mərkəzdən kənarlarda belə problemlər görünür. Kiyev “Dinamo”su ÇL-in liqa mərhələsinə gedən yolda “Pafos”a məğlub oldu. “Bude/Qlimt” səviyyəsini durmadan artırır, əvəzində yaxın keçmişdə Norveçin ən nəhəng klubu sayılan “Rusenborq” indi ortababa çevrilib.

Müdafiəçilər geriləyiblər
Hakimlər dəyişməyiblər – onların səviyyəsini hətta texnologiya da artıra bilməyib. Lakin məşhur klublar statistikaya baxmayaraq, hücum qurmaqdan daha pis müdafiə olunurlar. Oyunda topa nəzarət etməklə az qol buraxan komandaların sayı cüzidi. Amma ümumilikdə dünyanın istənilən komandasına – istər “Bavariya”, istər MS, istərsə də “Real” olsun – kifayət qədər qol vurmaq olar. Gənc oyunçular inkişaf etsələr də, müdafiəçilər ümumi planda hücumçulardan zəifdilər. Gənclər daha çox təcrübə qazandıqda tamaşaçılar əvvəl mövcud olan tarazlığın bərpa olunduğunu görəcəklər. Hazırda hücumçuların, xüsusilə də aşağı səviyyələrdə oynayanların işi asandı. Müasir futbolda inanılmaz dərəcədə çox sayda səhv var, zəif məhsuldarlıq isə hücumçuların tez-tez imkanları boşa vermələrinin nəticəsidi. Baxmayaraq ki, müdafiəçilər onlara pis nəzarət edirlər.

Yeni Messi və Ronaldo görünmür
2005-ci ildə Kriştiano Ronaldonun istedadı artıq qitə futboluna məlum idi, Lionel Messi isə “Barselona”nın gənclərdən ibarət komandasında xarüqələr yaradırdı. 20 il əvvəl futbol bu oyunun ən yeni tarixini yazacaq oyunçuları gözləyirdi. Ronaldo ilə Messi hələ də davam edən fantastik karyeraları ərzində bir çox rekordlara adlarını yazdılar, “Qızıl top” mükafatını uyğun olaraq 5 və 8 dəfə qazandılar. Amma indi onlar kimi karyera qura biləcək oyunçular görünmür. Bu isə fərdi mükafatlar uğrunda mübarizədə rəqabəti daha maraqlı edir.
Futbolun yaxın gələcəkdə öz Maykl Cordanının olacağı ehtmalı azdı, ancaq istənilən halda hər kəs öz kumirini tapacaq. Başqa sözlə, braziliyalı Ronaldo, Zinəddin Zidan, Luiş Fiqu kimi xüsusi aurası olan futbolçuların kifayət etdiyi ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət geri qayıdacaq. Ronaldo ilə Messi 15 il ərzində həmkarlarını böyük ölçüdə arxada qoymağı bacardılar. Amma artıq meqaulduzların dövrü sona çatıb. Artıq Kriştiano ilə Lionel arasında seçim etməyə məcbur deyilsiz.

Pul kömək etmir
2005-ci ildə “Valensiya” maliyyə sarıdan kasıb klub deyildi, amma bu İspaniya klubunun büdcəsi MS-nin maliyyə qüdrəti ilə müqayisəyə belə gələ bilməzdi. Ötən müddətdə klubların gəlirləri artıb, lakin bu tendensiya heç də futbolun ümumi uğuruna səbəb olmayıb. İndi yalnız yeni əsrin əvvəllərindəki adi israfçılar deyil, hamı çox pul xərcləyir. Hətta heyəti yüksək səviyyədə təşkilatlanmış sayılan komandalar belə pula israf etməklə daim yeni oyunçularla daha da güclənirlər. Məsələn, bəzi klublar öz süni intellektlərinə güvənməyə aldanıblar. Belə ifadə etsək, şarlatanlar kiçik miqyaslı model hazırlayarkən, “OpenAI” kimi korporasiyalar 6 ay ərzində maşın təlimi dünyasını dəyişəcəklər. Pul nə oyunçulara, nə də transferlərə kömək edir və nəticədə böyük klubları qarşıda maliyyə problemləri gözləyir.

Onu da qeyd edək ki, İspaniya və Fransa klubları israfçılığın pis nəticələrindən çəkinərək ötən yaydan başlayaraq xərclərini azaltmaq yolunu tutublar.

Futbol mütləq qalib gələcək
Bir sıra amillərə görə futbolun artıq insanlara sevinc gətirmədiyini demək səhv olardı. Bu möhtəşəm oyun hələ də planetimizin yüz milyonlarla sakinini məmnun edir. Tamaşaçı sayı daim artır, futbol matçlarını izləyənlərin sayı milyardlarla ifadə olunur və bu oyun özünə yeni azarkeşlər tapır. Məlumunuz olsun ki, dünyada 250 milyon adam futbol oynayır, onların 20 milyonu qadın və qızlardı. 250 milyon oyunçudan sayı milyonlarla ifadə edilənlər məktəbdə təhsil alırlar. Onlardan bəzilərini yaşıl meydanlarda parlaq gələcək gözləyir.

Hazırda futbolda 4000 peşəkar klub mövcuddu. Bu klublarda 128 min futbolçu qeydə alınıb. Əlbəttə, hər kəsi izləmək mümkün deyil, amma hətta 2-ci və 3-cü liqa səviyyəsində olan klublar belə tamaşaçı qazanmaq və mövcud olmaq üçün səbəb tapırlar. Şübhəsiz ki, futbol qalib gələcək, hərçənd ot üzərində oyunda hokkeydəki kimi səmimiyyət 20 il əvvəllə müqayisədə bir qədər azalıb. Əvəzində futbolun hücum ruhu geri qayıdıb. Yunanıstan yığmasının AÇ-2004-dəki qələbəsindən narahat olan klublar rəqib hücumlarının qarşısına qoyulan “avtobuslar”ı aşırmaq üçün daha enerjili oynamağa çalışırlar. Bu, qitə çempionatından dərhal sonra alınmamış, tezliklə Ronaldo ilə Messinin imza atdıqları era başlamışdı.

Bundan sonra da çox qola tamaşa edəcəyik. Buna şübhəniz olmasın. Şübhə edənlər hamının daim diqqət mərkəzində olan ÇL-in cari mövsümündəki yüksək məhsuldarlığa nəzər salsınlar!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-10-2024, 21:0

“Liverpul”un tarixinə yeni rekordçu kimi düşdü

Dünya futbolu

5-04-2022, 17:0

Türkiyə kubokunun finalı harda keçiriləcək?

Çempionlar Liqası

11-06-2023, 14:0

ÇL-in finallarında 1:0 ənənəsi pozulmadı

Manşet / Avrokuboklar

28-01-2026, 18:0

“Liverpul” 15 ildən sonra yenə “Enfild əzabı”yla üz-üzə! – hər oyunda orta hesabla cəmi 1,5 qol... - oyuna 6 saat qaldı

Dünya futbolu

8-01-2023, 12:0

19 ildən sonra ilk dəfə

Çempionlar Liqası

16-05-2023, 19:0

ÇL-in finalı Türkiyədən alınmayacaq!

Aktual
“Mövsümün sonunda nə baş verəcəyini bilmirəm” – Kamilo Duran da gedir?
“Şuşa” ilə danışıq olsa da, Nadir Qasımovla olmayacaq” - “Səbail” adını dəyişir?
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Atalar üçdən deyib! “Neftçi” üçün də?
86700 manat! – kubok oyunu “Qarabağ”la “Sabah”a bu qiymətə başa gəldi
“Neftçi”yə transfer qadağası qoyuldu, klub rəsmisi azarkeşləri narahat olmamağa çağırdı
Son xəbərlər
  • Bu gün, 16:30
    Okan Buruk tarix yazmaqda davam edir - Daha öncə bunu yalnız Qvardiola bacarmışdı!
  • Bu gün, 16:19
    "Turan Tovuz" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Bu gün, 16:18
    "Karvan-Yevlax"ın elitadan gedişi Tovuzda rəsmiləşə bilər - YENİLƏNİR
  • Bu gün, 16:08
    Kadidən yubiley qolu
  • Bu gün, 15:27
    Osimhen rəqiblərə söz atdı - ''Siz məşq etməkdə davam edin''
  • Bu gün, 14:56
    Üç klub üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 14:34
    Kaşkilya 50 min dollara görə qovulası məşqçidi? – “İmişli” bunun cəzasını çəkəcək
  • Bu gün, 14:06
    Urfan premyer-liqada 350-ci oyununa çıxdı
  • Bu gün, 13:35
    ''Qalatasaray'' ardıcıl 4-cü, tarixinin 26-cı çempionluğunu qazandı!
  • Bu gün, 12:52
    “Əl-Hilal”dan ayrılmaq qərarına verdi
  • Bu gün, 12:02
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 11:28
    Keyn hələ ki liderdi
  • Bu gün, 11:15
    “Mövsümün sonunda nə baş verəcəyini bilmirəm” – Kamilo Duran da gedir?
  • Bu gün, 10:31
    Fatih Terim ''Qalatasaray''a çempionluq mesajı göndərdi
  • Bu gün, 10:00
    Aprelin ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 00:13
    Mbappe şanssız deyil
  • Dünən, 23:52
    FİFA-dan “Qarabağ”a transfer qadağası
  • Dünən, 23:46
    İngiltərə klubunda yeni müqavilə
  • Dünən, 23:06
    “Real”ın oyunçusu bir il “dincələcək”
  • Dünən, 23:04
    Arteta ilə bağlı vacib qərar
  • Dünən, 23:00
    "Son saniyələrədək xarakter göstərdik" - "Sumqayıt"ın məşqçisi
  • Dünən, 22:44
    "Qələbə qazanmaq üçün bütün futbolçular can qoymalıdı" - Andrey Demçenko
  • Dünən, 22:24
    Ronaldo 100-ə çatdı
  • Dünən, 22:21
    “Şuşa” ilə danışıq olsa da, Nadir Qasımovla olmayacaq” - “Səbail” adını dəyişir?
  • Dünən, 21:48
    MY-ni tərk edəcək
  • Dünən, 21:26
    Azarkeşlər yenə onu seçdilər
  • Dünən, 20:47
    "Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
  • Dünən, 20:05
    "Qarabağ" meydana ən güclü heyəti ilə çıxmışdı" - Kaxaber Sxadadze
  • Dünən, 19:35
    "Düşünürəm ki, nəticə oyuna görə idi" - Qurban Qurbanov
  • Dünən, 19:24
    Rəhbərlik ilə razılığa gəldi
  • Dünən, 19:00
    Cüdoçularımız günü medalsız başa vurdu
  • Dünən, 17:35
    Salah bir daha “Liverpul” forması geyməyəcək?
  • Dünən, 17:13
    “Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
  • Dünən, 16:36
    AFFA rəsmiləri UEFA Grow proqramında
  • Dünən, 16:15
    "Qəbələ" - "Qarabağ": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 207
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 175
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 173
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 164
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 158
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə