“Çempionatda gərginliyi artırmamaq üçün bu oyunda məğlub olmamağımız vacibdi” – Elgiz Kərəmli

5.02.2026 11:55 30
Ölkə futbolu / Aktual
Bu gün birinci liqada da qış fasiləsinə yekun vurulacaq. 13-cü turun mərkəzi oyununda lider “Şəfa” ən yaxın izləyicisi “Baku Sportinq”i qəbul edəcək.

Liderin baş məşqçisi Elgiz Kərəmli “Football-plus.az”a qarşıdakı oyunla bağlı danışdı:

“Bakıda 10 günlük təlim-məşq toplanışı keçdik. Yoxlama görüşləri və məşq prosesləri istədiyimiz səviyyədə keçdi. Yeni futbolçuları komandanın oyun planına uyğunlaşdırmağa çalışdıq. Fasilədən sonra ilk oyunlar həmişə çətin keçir. Nəzərə alsaq ki, rəqibimiz 2-ci pillədədi, işimiz ikiqat çətin olacaq. Çempionatda gərginliyi artırmamaq üçün bu oyunda məğlub olmamağımız vacibdi. “Baku Sportinq”lə oyuna tam hazırıq. Yeganə itkimiz Urfan İsmayılovdu. Komandaya inamım həmişəki kimi böyükdü. Məqsədimiz qalib gələrək xal fərqini daha da artırmaqdı”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul