• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"2026/27 mövsümü üçün 54 klub lisenziya müraciəti edib" - Seymur Səlimli

Ölkə futbolu / Müsahibə

3-02-2026, 14:0

AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

"Football-plus az" xəbər verir ki, o, müsahibəsində klubların lisenziyalaşdırma prosesi ilə bağlı son yeniliklər barədə məlumat verib.

- Klubların lisenziyalaşdırma prosesində son durum necədi?
- Klubların lisenziyalaşdırma prosesinə rəsmi başlanğıc açılış iclası ilə həyata keçirilir. Sözügedən iclas ötən il oktyabrın 16-da baş tutub. Oktyabrın sonunadək klublar müraciət etdikləri lisenziya növünə uyğun olaraq müvafiq ərizələrini Lisenziyalaşdırma şöbəsinə təqdim ediblər. Eyni zamanda, Klubların Lisenziyalaşdırılması Qaydaları tərəfimizdən hazırlanaraq klublara təqdim olunub.

- 2026/2027 lisenziyalaşdırma mövsümündə hər hansı yeniliklər tətbiq olunubmu?
- Bunu müəyyən mənada yenilik kimi qiymətləndirmək olar. Klubların lisenziyalaşdırılması prosesi klubların peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən əsas mexanizmlərdən biri olduğundan, bu prosesin əhatə dairəsi genişləndirilib. AFFA İcraiyyə Komitəsinin 25 oktyabr 2025-ci il tarixli qərarına əsasən, cari futbol ilindən etibarən 2-ci liqanın bütün klubları, eləcə də Region Liqasından 2-ci liqa lisenziya növünə müraciət edən və Region Liqasının 1/4 final mərhələsinə yüksələn komandalar lisenziyalaşdırma prosesinə cəlb olunacaqlar. Bu isə o deməkdir ki, 2026/2027 mövsümündə 2-ci liqada iştirak etmək istəyən klublar cari mövsümdə müvafiq lisenziyanı əldə etməlidi.

- Lisenziyalaşdırma prosesi hazırda konkret olaraq hansı mərhələdədi?
- Açılış iclası çərçivəsində klublar lisenziyalaşdırma qaydalarına edilən yeniliklərlə tanış olublar. Paralel olaraq, qaydalar üzrə təlim və treninqlər təşkil edilib. Bu təlimlər klubların seçiminə uyğun olaraq həm AFFA-da, həm də klubların ofislərində – Bakı və regionlarda keçirilib. Bütün təlimlər dekabrın 25-də yekunlaşıb. Bəzi təcrübəli klublar təlimlərdə iştirak etdikləri dövrdə artıq prosesə qoşularaq, sənədlərini Klubların Lisenziyalaşdırma Platformasına daxil ediblər. Digər klublar isə təlimlərdən sonra bu mərhələyə keçiblər. Hazırda proses klublar tərəfindən sənədlərin icbari təqdimolunma mərhələsindədi.

- Lisenziyalaşdırma prosesində tələblərin yerinə yetirilmə monitorinq mərhələsi barədə nə deyə bilərsiniz?
- Təqdim edilən sənədlər əsasında lisenziya iddiaçılarının tələblərə uyğunluğu mütəmadi olaraq yoxlanılır və bu proses çərçivəsində klublarla sıx əməkdaşlıq qurulur. AFFA tərəfindən “Klubların Lisenziyalaşdırılması çərçivəsində Akademiyaların İnkişafı üzrə Ehtiyacların Təhlili və Dəstək Prosesi”nə start verilib. İlkin mərhələdə premyer-liqa və 1-ci liqa klubları ilə onlayn görüşlər keçirilib və bu görüşlərdə akademiyaların inkişaf ehtiyacları, tələblərə uyğunluğun artırılması və metodiki dəstək mexanizmləri müzakirə olunub.

Növbəti mərhələdə Lisenziya və Qeydiyyat Departamentinin məşqçi-koordinatoru Sərxan Hüseynov tərəfindən klubların akademiyalarına yerində baxışlar həyata keçirilib. Səfərlər zamanı mövcud vəziyyət qiymətləndirilib, məşqçi heyəti, tibbi personal, infrastruktur, bütün yaş qrupları üzrə məşq prosesləri, eləcə də SMM və hüquq komandalarının fəaliyyəti təhlil olunub və klublara müvafiq tövsiyələr təqdim edilib. Bu tədbirlər AFFA-nın akademiyaların inkişafına göstərdiyi davamlı dəstəyin və lisenziyalaşdırma prosesinin daha da təkmilləşdirilməsinə yönəlmiş mühüm addımlardı.

- Ümumilikdə bu tədbirləri keyfiyyət və kəmiyyət baxımından necə dəyərləndirərdiniz?
- Ötən mövsüm klubların lisenziyalaşdırılması prosesində lisenziya iddiaçılarının sayı 41 idisə, 2026/27 mövsümü üçün müraciət edən klubların sayı təxminən 54-ə çatıb. Bu, kəmiyyət baxımından ciddi artım deməkdir. Qeyd etmək olar ki, prosesdə iştirak edən klublar ildən-ilə daha təcrübəli olur, tələblərin ciddiliyini daha yaxşı anlayırlar. Yerində aparılan təhlil və monitorinqlər bu kəmiyyət artımının mərhələli şəkildə keyfiyyətə çevrilməsini qaçılmaz edir.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

8-01-2026, 00:0

Klubların lisenziyalaşdırılması üzrə təlimlər başa çatdı

Ölkə futbolu

16-10-2025, 20:0

Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

Ölkə futbolu

27-02-2024, 13:0

AFFA lisenziyalaşdırma ilə bağlı imtahan təşkil etdi

Ölkə futbolu

4-12-2025, 00:0

Klub nümayəndələri ilə onlayn görüş keçirildi

Ölkə futbolu

7-10-2024, 14:0

AFFA nümayəndələri UEFA-nın tədbirində

Ölkə futbolu

17-12-2025, 14:0

"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdı" - Rövşən Nəcəf

Aktual
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
“Bozqurd” yatmaz!
Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
Son xəbərlər
  • Bu gün, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Bu gün, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Bu gün, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Bu gün, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Bu gün, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Bu gün, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Bu gün, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Bu gün, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Bu gün, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Bu gün, 14:11
    “Bozqurd” yatmaz!
  • Bu gün, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
  • Bu gün, 13:47
    Vüsal Konfrans Liqasında uduzdu
  • Bu gün, 13:20
    "Çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik" - Tahir Gözəl
  • Bu gün, 12:50
    “Seltik”də oynayan ilk kolumbiyalı olmaq mənim üçün böyük şərəfdi" - Duran
  • Bu gün, 12:20
    Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
  • Bu gün, 11:59
    Duran “Seltik”in təlim-məşq toplanışına qatıldı! – o, “Qarabağ”a nə qədər qazandıracaq?
  • Bu gün, 11:47
    Millimiz bu gün İsveçlə qarşılaşacaq
  • Bu gün, 11:07
    "Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
  • Bu gün, 10:57
    “Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
  • Bu gün, 10:25
    "Neftçi" Serbiya klubu ilə üz-üzə
  • Bu gün, 10:00
    Azərbaycanın UEFA reytinqində əmsalı artdı
  • Bu gün, 07:45
    Fransa yarımfinala çıxdı, Hakimi evə yollandı - DÇ gecəsi
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
Daha çox
Oxunub: 207
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 131
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə