• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Son çempion Aperturaya heç-heçə ilə başladı - Qalyardonun istefaya göndərilməməsi birmənalı qarşılanmayıb

Dünya futbolu

2-02-2026, 22:0

Yanvarın 22-də Argentina klub futbolunda növbəti mübarizəyə start verildi. Ölkə çempionatının Klausura (bağlanış) mərhələsinin ötən il dekabrın 13-də keçirilən son oyunundan 40 gün sonra Apertura (açılış) mərhələsi başladı.

Xatırladaq ki, ötən mövsümün Apertura adlanan ilk mərhələsi gözlənilməz nəticə ilə sona çatmışdı. İyunun ilk günündə keçirilən finalda ölkənin heç bir nəhəng klubunun görünməməsi diqqətdən yayına bilməzdi. Amma “Atletiko Urakan” ilə “Platense” həlledici oyuna, necə deyərlər, alınlarının təri ilə, layiqli şəkildə çıxmışdılar. 43 yaşlı Serxio Qomesin çalışdırdığı “Platense” rəqibini minimal hesabla üstələməklə Aperturanın qalibi olmuşdu.

Klausuranın finalı da nəhəng klubların iştirakı olmadan keçmişdi. Argentina çempionatının ikinci mərhələsi dekabrın ortalarında keçirilən finalda “Rasinq”i əsas və əlavə vaxtı 1:1 hesabıyla sona çatan oyundan sonrakı penalti seriyasında 5:4 hesabıyla üstələyən La Plata “Estudiantes”inin qələbəsi ilə yekunlaşmışdı.

Bu yerdə reqlamenti xatırlatmaq zəruridi. Qeyd edək ki, 2025-ci ildən mövsüm fərqli format əsasında keçirilir. Bir il əvvəl iştirakçıların sayı 28-dən 30-a artırılmışdı. Liqa iştirakçılarının sayında dəyişiklik edilməyib. Sadəcə, ötən mövsüm yüksək liqada çıxış edən komandalardan “San Martin San Xuan” ilə “Qodoy Krus” 2-ci diviziona düşüblər.

Uğursuzların yerini Rio Kuarto “Estudiantes”i ilə Mendosa “Ximnasiya”sı tutublar. Komandalar yenə birdövrəli sistemlə iki qrupda yarışacaqlar. Amma təşkilatçı qurum yenə əlavə bir turun keçirilməsini də lazım bilib ki, belə hal Argentina futbolunda yenilik sayılmır. Başqa sözlə, qrup mərhələsi 15 deyil, 16 turdan ibarət olacaq. Bu mərhələyə aprelin 26-da yekun vurulacaq. Sonra qruplarda ilk 8 yeri tutacaq komandalar arasında 1/8 final matçları təşkil ediləcək. Daha sonra isə 1/4 final, yarımfinal və final oyunları ilə mövsümün ilk mərhələsinin qalibi müəyyənləşəcək.

İlk turda qeydə alınan nəticələrə nəzər salarkən diqqəti cəlb edən əsas fakt son çempion ilə vitse-çempionun startdaca büdrəməsidi. “Estudiantes” Aperturaya “İndependyente” ilə səfər oyunuyla başladı. 1:1 hesabıyla nəticələnən matçda qollar ilk hisənin sonuncu və ikinci hissənin ilk dəqiqələrində vuruldu. Ev sahiblərinin vingeri Montyel 49-cu dəqiqədə kobud oyuna görə qarşısında birbaşa qırmızı vərəqə gördü. Amma la platalılar rəqibin azlıqda qalmasından yararlana bilmədilər. Eduardo Domingesin komandası topa 56 faiz nəzarət etsə də, sonda heç-heçəyə razılaşmalı oldu. “Rasinq” mövsümün birinci mərhələsinə uğursuz start verdi. Qustavo Kostas ilə gümüş medallara sahib çıxan komanda La Platada “Ximnasiya”ya 1:2 hesabıyla məğlub oldu.

Ölkə nəhəngləri yeni mövsümə qələbə ilə start verdilər. Klausurada mübarizəni yarımfinalda dayandıran “Boka Xuniors” evdə “Deportivo Riestra”ya Di Lolyonun vurduğu yeganə qolla qalib gəldi. Qeyd edək ki, paytaxt klubunu indi də Klaudio Ubeda çalışdırır. Rəhbərlik ötən ilin oktyabrında 69 yaşında vəfat edən Migel Anxel Russoya xələf seçdiyi mütəxəssisə növbəti dəfə etimad göstərib.
“River Pleyt” də Aperturaya minimalhesablı qələbə ilə başladı. Son illər azarkeşlərini daha çox məyus edən və ötən mövsümün uğursuzları sırasında olan daha bir ölkə nəhəngi səfərdə “Barrakas Sentral”ı məğlub etdi. Qeyd edək ki, rəhbərliyin Marselo Qalyardonu istefaya göndərməməsi yerli futbol ictimaiyyətində heç də birmənalı qarşılanmayıb.

Görünür, paytaxt klubunun başbilənləri yanvarın 18-də 50 yaşını tamamlayan çalışdırıcının “River”də 2014-22-ci illərdəki uğurlu fəaliyyətini son uğursuzluqlardan üstün tutublar.

qrup mərhələsi, 1-ci tur
İndependyente – Estudiantes LP 1:1

Kabral, 45 – F.Peres, 46.

Ximnasiya LP - Rasinq 2:1
Skelotto, 10. F.Torres, 49 - Koneçni, 83.

Boka Xuniors - Deportivo Riestra 1:0
Di Lolyo, 77.

Barrakas Sentral - River Pleyt 0:1
Montyel, 59.

Aldosivi - Defensa y Xustisiya 0:0

Banfild - Atletiko Urakan 1:1

M.Mendes, 48 – Kaysedo, 84.

Union - Platense 0:0

Tiqre – Estudiantes RK 2:0

Barrionuevo, 53. Elias, 65.

Sentral Kordoba – Ximnasiya M 0:1
Simoni, 5.

İnstituto - Veles Sarsfild 0:1
Andrada, 90+1.

San Lorenso – Lanus 2:3
Kuelyo, 53-p.; 86 - Kastilyo, 24. İskyerdos, 30. M.Moreno, 73.

İndependyente Rivadaviya - Atletiko Tukuman 2:1
M.Fernandes, 9. Oselya, 79 – L.Dias, 41-p.

Talyeres de Kordoba - Nyuellz Old Boyz 2:1
R.Martines, 58. Depyetri, 86 – Nunyes, 90.

Rosario Sentral - Belqrano 1:2
Di Mariya, 45+3-p. – Malyo, 88-öz qapısına. L.Qutyerres, 89.

Arxentinos Xuniors - Sarmyento 1:0
Molina, 90+7.

Bombardir: Kuelyo (San Lorenso) - 2.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-06-2025, 19:0

Aperturanın çempionu “Platense” oldu - İCMAL

Dünya futbolu

22-12-2025, 14:0

Klausuranın çempionu “Estudiantes” oldu - İCMAL

Dünya futbolu

5-06-2025, 18:0

Ya “Atletiko Urakan”, ya da “Platense” çempion olacaq - ŞƏRH

Dünya futbolu

28-05-2025, 10:0

Argentina nəhəngləri yarımfinalda olmayacaqlar! - ŞƏRH

Dünya futbolu

9-08-2025, 11:0

15 oyundan 8-də hesab açılmadı - şərh

Dünya futbolu

2-02-2024, 19:0

Son çempion yeni mövsümə heç-heçə ilə başladı

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 156
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə