• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Son çempion yeni mövsümə heç-heçə ilə başladı

Dünya futbolu

2-02-2024, 19:0

Yanvarın 26-da Argentina klub futbolunda növbəti mübarizəyə start verildi. Liqa Kubokunun (LK) ötən il dekabrın 17-də keçirilən final oyunundan 40 gün sonra bu turnirin növbəti mövsümü başladı.

"Football-plus.az" xəbər verir ki, 2020-ci ilin martında koronavirus pandemiyasına görə dayandırılan ölkədaxili yarışlar həmin il oktyabrın 30-da ilk dəfə təşkil edilən LK ilə bərpa olunmuşdu. Argentina Futbol Assosiasiyası pandemiya dövründə ən yüksək divizionda növbəti mövsümə vaxtında start verə bilmədiyi üçün yeni formatda LK-nın təşkilinə qərar vermişdi. Sonradan dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Maradonanın adı verilən yarış 2021-ci il yanvarın 17-də keçirilən finalda penalti seriyasında “Banfild”ə qalib gələn “Boka Xuniors”un qələbəsi ilə sona çatmışdı. Onu da qeyd edək ki, hələ bir neçə il əvvəl pandemiyaya görə yüksək liqanı heç bir komandanın tərk etməyəcəyinə qərar verilmişdi. Futbol qurumu əvvəlcə 24 komandanın iştirakı ilə keçirilən LK-nı qısa zamanda sona çatdırmağı zəruri saymışdı. Turnirin startı 2021-ci il fevralın 13-də verilən ikinci mövsümündə isə 26 komanda iştirak etdi: onda “Platense” və “Sarmyento” da ən güclülər sırasında yarışmaq hüququ qazandı. Turnir iştirakçıları iki qrupa ayrıldılar. Klublar əvvəlcə birdövrəli sistemlə yarışdılar. 13 turdan ibarət olan qrup mərhələsinin sonunda qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala vəsiqə qazanmaqla mükafat uğrunda mübarizə apardılar. İyunun 4-də Liqa Kubokunun ikinci mövsümünün finalı keçirildi. Həlledici oyun tərəflərdən birinin inamlı qələbəsi ilə sona çatdı. Finalda “Rasinq”i 3:0 hesabı ilə məğlub edən “Kolon” tarixində ilk dəfə turnirin qalibi oldu. LK-nın 3-cü mövsümündə də 26 komanda iştirak etdi. Amma format dəyişdi. Klublar birdövrəli sistemlə mübarizə apardılar. Yekun turnir cədvəlində ilk yeri tutan komanda çempion sayıldı. Bu adı isə “Boka Xuniors” qazandı.

28 komandanın iştirak etdiyi 4-cü mövsümün formatı yenidən dəyişdi. İştirakçılar birdövrəli sistemlə iki qrupda yarışdılar. Amma təşkilatçı qurum əlavə bir turun keçirilməsini də lazım bilmişdi. Başqa sözlə qrup mərhələsi 13 deyil, 14 turdan ibarət oldu. Bu mərhələyə ötən il noyabrın 26-da yekun vuruldu. Sonra qruplarda ilk 4 yeri tutan komandalar arasında 1/4 final matçları təşkil edildi. Daha sonra yarımfinal və final oyunları ilə LK-nın qalibi müəyyənləşdi. Finalda “Platense”ni 1:0 hesabıyla məğlub edən “Rosario Sentral” ilk dəfə kuboku muzeyinə apardı.

5-ci mövsüm də eyni sayda – 28 komandanın iştirakı və eyni format əsasında təşkil ediləcək. Qrup mərhələsinə aprelin 14-də yekun vurulacaq. Sonra mübarizə 1/4 finaldan başlayaraq pley-off mərhələləri ilə davam edəcək. Yeni mövsümdə iştirakçılardan ikisinin dəyişdiyini də bildirək. “Kolon” və “Arsenal” Argentina çempionatının yüksək liqasını tərk ediblər. Bu komandaları LK-da “Deportivo Riestra” ilə “İndependyente Rivadaviya” əvəzləyiblər. İlk turda qeydə alınan nəticələrə nəzər salarkən diqqəti cəlb edən əsas fakt son çempion ilə finalçının startdaca büdrəməsidi. 67 yaşlı Migel Russonun çalışdırdığı “Rosario Sentral” səfərdə “Atletiko Tukuman” ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. “Platense” isə evdə “Boka Xuniors”la qolsuz “sülh bağladı”. Qeyd edək ki, Martin Palermo “Platense”ni tərk edib. Onu baş məşqçi vəzifəsində 43 yaşlı Sebastyan Qratsini əvəzləyib. Elə “Boka Xuniors” da yeni ilə yeni çalışdırıcının – 45 yaşlı Dieqo Martinesin başçılığı altında başlayıb. Ölkə futbolunun digər nəhəngi “River Pleyt” də yeni mövsümə xal itkisi ilə başladı. Martin Demiçelisin komandası evdə “Arxentinos Xuniors”dan bir xal ala bildi. 1:1 hesabıyla nəticələnən oyunda ev sahibləri qələbəni sona yaxın əldən verdilər.

qrup mərhələsi, 1-ci tur
Atletiko Tukuman - Rosario Sentral 1:1
Koronel, 78 – Martines Dupuy, 23.
Platense - Boka Xuniors 0:0
River Pleyt - Arxentinos Xuniors 1:1
Borxa, 45+1 – Montyel, 84.
İnstituto – Deportivo Riestra 0:0
Tiqre - Sarmyento 0:0
Sentral Kordoba - Nyuellz Old Boyz 0:1
Çyaverano, 90+1.
Barrakas Sentral - Veles Sarsfild 1:1
Broçero, 43 – Lenni Lobato, 10.
Talyeres de Kordoba - Ximnasiya 0:1
Katalan, 69-öz qapısına.
Banfild - Atletiko Urakan 0:2
Alarkon, 44; 81.
İndependyente Rivadaviya – İndependyente 0:1
A.Kosta, 48.
San Lorenso - Lanus 0:2
Bou, 86; 90+1.
Rasinq - Union 0:1
Moskeyra, 13.
Qodoy Krus - Defensa y Xustisiya 2:0
Koneçni, 79-p. E.Lopes, 80.
Estudiantes - Belqrano 1:0
Mankuso, 90+4.
Bombardirlər: Alarkon (Atletiko Urakan), Bou (Lanus) - 2.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-08-2023, 21:0

Ölkənin son çempionu LK-ya məğlubiyyətlə başladı

Dünya futbolu

2-02-2023, 19:0

Son çempion yeni mövsümə qələbə, vitse-çempion heç-heçə ilə başladı - REPORTAJ

Dünya futbolu

24-10-2022, 09:0

29-cu dəfə Argentina çempionu oldu

Aktual
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
Son xəbərlər
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə