Elgiz Kərəmli Amil Yunanova cavab verdi: “Düzgün qərarlar verdiyimiz üçün hazırda liderik”

25.01.2026 13:53 36
Ölkə futbolu / Aktual
Sizi “Şəfa”dan ayrılan Amil Yunanovun saytımıza verdiyi açıqlamayla tanış etmişik.

Xatırladaq ki, “Mingəçevir”ə transfer olunan futbolçu sabiq komandasından ayrılmasının səbəbini ona haqsızlıq edilməsiylə əsaslandırıb. O, 1-ci liqa komandasında şans qazana bilməyəcək oyunçu olmadığını, burda başqa səbəblərin olduğunu deyib. Paytaxt təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli isə bu ayrılığı Yunanovun performansının məşqçilər korpusunu qane etməməsiylə əlaqələndirmişdi.

Maraqlıdı, bəs, mütəxəssisin Amilin iddialarıyla bağlı mövqeyi necədi?

Bu sualla yenidən Elgiz bəyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Biz meydana tam hazır vəziyyətdə olan futbolçuları çıxarırıq. Məncə, düzgün qərarlar verdiyimiz üçün hazırda liderik”.
Qeyd edək ki, “Şəfa” Amillə yanaşı, Amir Ebrahimzadə, Ədilxan Qarəhmədov və Seymur Rəhimov ilə də vidalaşıb.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul