“Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsindəki növbəti rəqibi olan “Ayntraxt” (Frankfurt) Elye Vahini icarəyə verib.
"Football-plus.az" xəbər verir ki, Almaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 22 yaşlı hücumçu “Nitsa”ya keçib. Tərəflər 6 aylıq müqavilə imzalayıblar. Bundesliqa təmsilçisi keçidə görə 1,5 milyon avro qazanacaq.
Elye bu mövsüm “Ayntraxt”ın heyətində 14 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Əlavə edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu yanvarın 21-də keçiriləcək.