''Beşiktaş'' yenidən əcnəbi VAR hakimlərinin dəvət olunmasını tələb edir

11.12.2025 13:31 15
Dünya futbolu
''Beşiktaş'' prezidenti Sərdal Adalı Türkiyə Futbol Federasiyasının rəsmiləri ilə görüşmək üçün qurumun binasına gedib.

"Football-plus.az" xəbər verir ki, Adalı görüşün ardından jurnalistlərə açıqlamalar verərək müzakirə edilən mövzular haqda məlumat verib. O, TFF-dən ikinci dövrə üçün əcnəbi VAR hakimlərinin gətirilməsini tələb etdiklərini deyib.

Xatırladaq ki, son iki mövsümün gedişində federasiya əcnəbi VAR hakimlərinin xidmətindən faydalanmışdı. Adalı bunları deyib:
''Hakimlər Komitəsinin sədri ilə görüş keçirdim. 6 ay öncə nə düşünürdüksə, indi də eyni fikirdəyik. Komitə sədri yaxşı insan ola bilər. İşini yaxşı görməyə çalışa bilər. Amma ətrafındakılara tam hakim olduğunu düşünmürəm. Xüsusilə VAR-a əcnəbi hakimlərin gətirilməsini müzakirə etdik. Hakimlik sahəsində yaşananlardan sonra hakimlərin sayı azalıb. Əlavə hakimlərə ehtiyac var. Baş hakim qismində oyunlara öz ədalət təmsilçilərimizin təyinat almasının tərəfdarıyıq. Onlara güvənirik. Amma VAR mövzusunda fərqli fikirdəyik. Rəsmi şəkildə müraciət edərək ikinci dövrədən etibarən oyunlarımıza əcnəbi VAR hakimlərinin təyin edilməsini istədik! Elə HK-nın da bizimlə eyni fikirdə olduğunu gördük. İlk dövrənin bitməsinə 2-3 oyun qalıb. Bizim lehimizə olan bir hakim səhvini xatırlamıram. Elə HK da xatırlamadı. Amma təəssüf ki əleyhimizə kifayət qədər səhvlər olub. Bunu qəbul etmək mümkün deyil. Bizim də səbrimizin sonu var. Artıq son nöqtədəyik. Bizi təxribata çəkməsinlər. Küçələrə axışmaq lazım olsa, bunu da edərik. Biz lehimizə heç nə istəmirik. Amma əleyhimizə də bir qərarın olmasını istəmirik''.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul