Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib.
"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Beynəlxalq dərəcəli hakim sabah Fransada qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin "Levallois Paris" (Fransa) və "KS Developre" (Polşa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.
Matçın baş hakimi funksiyasını portuqaliyalı Rikardo Ferreyra yerinə yetirəcək.