"Araz-Naxçıvan"ın hücumçusu Felipe Santos Misli premyer-liqasında 100-cü oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, braziliyalı futbolçunun yubileyi 13-cü tura təsadüf edib. O, "Qəbələ" ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub. Cənubi amerikalı premyer-liqada üç klubda çıxış edib.
O, "Şamaxı"da 21 (6 qol), "Qəbələ"də 35 (3 qol), "Araz-Naxçıvan"da 44 (12 qol) matç keçirib. Qeyd edək ki, premyer-liqada debütü 2021/22 mövsümünə təsadüf edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudu.