İlk iki oyun keçirildi: “Qarabağ” yerində qaldı

26.11.2025 23:40 13
Dünya futbolu / Manşet
Çempionlar Liqasının liqa mərhələsində 5-ci turun oyunları davam edir.

Bakı vaxtı ilə saat 21.45-də start götürən oyunlar artıq başa çatıb.

Kopenhagen (Danimarka) – Kayrat (Qazaxıstan) 3:2
Dadason, 26. Larsson, 59-p. Robert, 73 – Satpayev, 81. Baybek, 90.

Pafos (C.Kipr) – Monako (Fransa) 2:2
Luis, 18. Salisu, 88-öz qapısına – Minamino, 5. Baloqun, 26.

Bu nəticələr "Qarabağ"ın turnir cədvəlindəki mövqeyinə təsir etməyib. Ağdamlılar saat 00.00-da başlayacaq oyunlar ərəfəsində 16-cı pillədə qərarlaşıb.