“Formula-1” komandalarının orta dəyəri 3,6 milyarda çatıb

26.11.2025 13:29 8
İdman
Bu il “Formula-1” komandalarının kommersiya dəyəri tarixi maksimuma çatıb.

"Football-plus.az" xəbər verir ki, “Forbes” 2025-ci il üçün “Formula-1”də iştirak edən komanda dəyərlərini açıqlayıb və siyahıda rekord artım qeydə alınıb.

Komandaların orta dəyəri hazırda 3,6 milyard dollar (təxminən 6,12 milyard manat təşkil edir ki, bu da ötən illə müqayisədə 89 faiz çoxdu. “Ferrari” dünya çempionatının ən bahalı komandası olaraq 6,5 milyard dollar dəyərində qiymətləndirilib. İkinci sırada yer alan “Mersedes”in dəyəri isə 6 milyard dollar göstərilir. Hər iki komanda bəzi MFL və MBA klublarını belə geridə qoyur.

Digər komandaların dəyərlərində də ciddi artım müşahidə olunub. Məsələn, “Maklaren” 2024-cü ildəki maliyyə göstəricilərindən sonra 4,4 milyard dollar dəyərində qiymətləndirilib. “Aston Martin” və “Alpin” kimi komandaların da bazar dəyəri son iki il ərzində kəskin yüksəlib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul