"Kəpəz"in futbolçuları azarkeşin ad gününü təbrik etdi

6.02.2024 22:51 265
Premyer-liqa
"Kəpəz"in futbolçuları azarkeşə doğum günü sürprizi ediblər.

"Football-plus.az" xəbər verir ki, 13 yaşı tamam olan Hüseyn Hüseynli sosial şəbəkə vasitəsi ilə kluba müraciət ünvanlayıb. Kluba uğurlar arzulayan fanat fevralın 6-da doğum gününü qeyd edəcəyini və xəyallarında tutduğu arzusunun bu doğum günündə reallaşmasını istədiyini yazıb.

Qərblilər onun bu istəyini reallaşdırıb. Komandanın futbolçuları - Tural Rzayev, Əli Səmədov, Junior Martins və Olavale Onanuqa onu təbrik etmək üçün gəlib.