''Nyukasl'' Mourinyonun ''Benfika''sını dağıtdı

22.10.2025 13:35 24
Dünya futbolu
''Fənərbaxça''dan ayrıldıqdan sonra ''Benfika''nın başına keçən Joze Mourinyonun vətənində də işləri qaydasında getmir.

"Football-plus.az" xəbər verir ki, ''qartallar'' Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunda ''Nyukasl'' ilə səfər oyununda 3 cavabsız qol buraxaraq böyük bir fiaskoya uğradılar. İngilislərə qələbəni Entoni Qordon və dubl eden Harvi Barnsın qolları qazandırdı. Bununla da ''Benfika'' Mourinyo ilə ardıcıl 2-ci ÇL matçından xalsız və qolsuz ayrıldı. Özü də komanda hər iki oyunu İngiltərədə keçirib. Ötən tur lissabonlular Londonda ''Çelsi''yə minimal hesabla uduzmuşdular.

Ümumiyyətlə ''Benfika''nın ÇL-də İngiltərə təmsilçilərinə qarşı qələbəsiz seriyası 11 oyuna yüksəldi (3 heç-heçə, 8 məğlubiyyət). Son qələbə 2006-nın martında 1/8 finalın cavab oyununda səfərdə ''Liverpul'' üzərində qazanılıb (2:0). ''Benfika''nın 3 turdan sonra hələ də xalı yoxdu.

Təsnifat mərhələsini nəzərə almasaq, komanda hazırda ÇL-də 5 oyunluq məğlubiyyət seriyasına malikdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul